Modern.az

Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

8 Fevral 2023, 12:20

Türkiyədə növbəti zəlzələ hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi tviter səhifəsində məlumat yayıb.

 

Bildirilib ki, Rixter şkalası ilə 5.1 balla qiymətləndirilən yeraltı təkan Kahramanmaraş vilayətinin Göksun rayonunda baş verib.

 

Zəlzələnin ocağı yerin 9 kilometr dərinliyində yerləşib. İtki və dağıntılar barədə məlumat verilməyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 6957 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 38 224 nəfərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi