Modern.az

Sarkisyan Ohanyanın işinə görə dindirilib

Sarkisyan Ohanyanın işinə görə dindirilib

8 Fevral 2023, 12:26

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan sabiq müdafiə naziri, parlamentdəki “Hayastan” müxalifət fraksiyasının deputatı Sayran Ohanyana elan olunmuş ittihamla bağlı dindirilib.

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib.

"Bu iş çərçivəsində üçüncü prezident də ifadə verib. O, dindirilib", - baş prokuror deyib.

Eyni zamanda baş prokuror qeyd edib ki, Sarkisyanın birbaşa göstərişi ilə sui-istifadə hallarının baş verdiyinə dair sübut yoxdur. Lakin sənədlərin birində Ohanyan əllə yazıb ki, bu məsələni prezidentlə müzakirə edəcək.

Qeyd edək ki, Ermənistan parlamenti iki gündür “Hayastan” müxalifət fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanması ilə bağlı baş prokurorun vəsatətinə baxır.

Ohanyanın nazir olduğu dövrdə (2008-2016) qeydə alınan qanun pozuntularında ittiham olunur: vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda israfçılıq, mənimsəmə və s.

Müxalifət parlamentin iclasını boykot edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir