Modern.az

Bakı ilə mövqelərimizi yaxınlaşdırmağa nail olmuşuq - Mirzoyan

Bakı ilə mövqelərimizi yaxınlaşdırmağa nail olmuşuq - Mirzoyan

Dünya

8 Fevral 2023, 14:08

"İrəvan və Bakı bəzi məsələlərdə mövqeləri yaxınlaşdıra bilib".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

 

"Təxminən 10-15 gün əvvəl İrəvan Ermənistan tərəfinin təkliflərinə Azərbaycandan növbəti cavab alıb. Məzmununu açıqlamayacağam, çünki söhbət təfərrüatlardan gedir və siyasi nöqteyi-nəzərdən bunu etmək yersizdir. Ermənistan tərəfinin bu prosesdə özünün fundamental məsələləri var. Müzakirələr başa çatdıqdan sonra biz bunu açıqlayacağıq", - deyə Mirzoyan söyləyib.

 

"Biz Moskva görüşünü ləğv etməmişik, təxirə salmışıq. Təxirə salınan görüş münasib vaxtda baş tutacaq", - deyə erməni nazir əlavə edib.

 

Qeyd edək ki, dekabrın 22-də İrəvan Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır