Modern.az

Xorvatiyanın XİN başçısı Bakı və İrəvanı danışıqlara ÇAĞIRDI

Xorvatiyanın XİN başçısı Bakı və İrəvanı danışıqlara ÇAĞIRDI

8 Fevral 2023, 14:22

"Avropa İittifaqı monitorinq missiyası kimi məsuliyyəti regionda sülh və sabitlikdə maraqlı tərəf kimi öz üzərinə götürüb".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Xorvatiyanın xarici işlər naziri Qrliç Radman ermənistanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.

 

O, həmçinin bəyan edib ki, Ermənistan və Azərbaycan sülh danışıqlarını bərpa etmək üçün səylərini davam etdirməlidir.

 

Daha sonra tərəflər iki ölkənin diplomatiya üzrə ixtisaslaşmış ali məktəbləri arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir