Modern.az

Məşhur rus separatçı komadan ayılmadı

Məşhur rus separatçı komadan ayılmadı

8 Fevral 2023, 14:18

Qondarma “Luqansk xalq respublikası”nda tanınmış separatçılarından olan İqor Manquşev bir neçə gün əvvəl aldığı yaralardan xəstəxanada ölüb.

Modern.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Manquşev həyatının son günlərini komada keçirib və başından yaralanandan sonra sağ qalmaq şansı praktiki olaraq olmayıb.

Ölüm faktını Manquşevin döyüşçü yoldaşı Akim Apaçev də təsdiqləyib.

Manquşevin 36 yaşı var idi. Fevralın 4-də başından alıdğı güllə ilə huşsuz vəziyyətdə görüntüləri  yayılmışdı.

İqor Manquşev rus neonasist, “İşıqlı rus” hərəkatının rəhbəri idi. O, həm də təbliğatçı və siyasi strateq kimi fəaliyyət göstərib.

Manquşev sosial şəbəkələrində müntəzəm olaraq ukraynalı uşaqları və bütövlükdə bütün Ukrayna xalqını qətlə yetirməyə çağırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü