Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv olundu

Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv olundu

8 Fevral 2023, 16:14

Ermənistan parlamentinin müxalifətçi deputatları Seyran Ohanyan və Armen Çarçyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilib.

Modern.az xəbər verir ki, Ermənistan baş prokurorunun vəsatəti üzrə parlamentdəki səsvermə başa çatıb.


Seyran Ohanyanla bağlı səsvermədə 107 deputatdan 68-nin iştirak etdiyi və onların hamısının onun deputat toxunulmazlığının ləğvinə səs verdiyi bildirilir.
 

Armen Çarçyana gəlincə, səsvermədə 66 deputat iştirak edib və onların hamısı da prokurorun vəsatətini dəstəkləyib.

Bununla da “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan və həmin fraksiyanın deputatı Armen Çarçyan toxunulmazlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Ermənistan parlamenti iki gündür “Hayastan” müxalifət fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanması ilə bağlı baş prokurorun vəsatətinə baxırdı.

Ohanyan nazir olduğu dövrdə (2008-2016) qeydə alınan qanun pozuntularında ittiham olunur: vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda israfçılıq, mənimsəmə və s.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq