Modern.az

Kimliyi bilinməyən meyitlər 24 saat sonra dəfn ediləcək

Kimliyi bilinməyən meyitlər 24 saat sonra dəfn ediləcək

8 Fevral 2023, 16:50

Türkiyədəki zəlzələ bölgəsində dağıntılar altından çıxarılan cəsədlər 24 saatlıq müddətdən sonra dəfn ediləcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, kimliyi müəyyənləşdirilə bilinməyən cənazələr DNK nümunələri, barmaq izi götürüldükdən və fotosu çəkildikdən sonra 24 saat ərzində dini qaydalara uyğun olaraq dəfn ediləcək.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər