Modern.az

Reznikovdan korrupsiyaya qarşı mübarizə ANONSU 

Reznikovdan korrupsiyaya qarşı mübarizə ANONSU 

Dünya

8 Fevral 2023, 16:58

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov nazirlikdə korrupsiyaya qarşı mübarizəni gücləndirmək planlarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, Reznikov bu barədə feysbuk səhifəsində yazıb.

 

"Korrupsiyanın qarşısının alınması ilə bağlı biz aşağıdakı istiqamətlərdə fəaliyyət göstəririk:

 

Birincisi, Müdafiə Nazirliyinin korrupsiyaya qarşı mübarizə üzrə idarəsini yenidən təşkil edirik. Yeni kadrlar axtarırıq.

 

İkincisi, biz ictimai antikorrupsiya mexanizmini formalaşdırırıq, əməkdaşlığa açığıq", - deyə nazir qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl onun istefaya göndəriləcəyi barədə məlumatlar yayılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır