Modern.az

İranın İrəvandakı səfiri sərhəddəki Aİ missiyasından danışdı

İranın İrəvandakı səfiri sərhəddəki Aİ missiyasından danışdı

Dünya

9 Fevral 2023, 14:40

İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zöhuri Avropa İttifaqı missiyasının Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirilməsinə münasibət bildirib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, səfir ölkəsinin mövqeyi barədə jurnalistlərə açıqlamasında danışıb.

 

"Region ölkələri arasında problemlər bu ölkələrin özlərinin iştirakı ilə həll edilməlidir. Bu, dialoq əsasında təhlükəsizliyi və sülhü təmin edə bilər. Digər ölkələr də regionda təhlükəsizliyin və sülhün təmin olunması baxımından töhfə verə bilər. Amma istənilən halda sülhün bərqərar olması o zaman mümkündür və təhlükəsizlik o zaman gələcək ki, problemlər region ölkələri tərəfindən həll ediləcək", - deyə İran səfiri bildirib.

 

Qeyd edək ki, Avropa İttifaqı 2 il müddətinə Ermənistana Azərbaycanla sərhəd boyunca mülki müşahidə missiyası yerləşdirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi