Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev İrəvana gəlib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Bildirilib ki, görüşdə Laçın dəhlizindəki son situasiya və Qarabağdakı vəziyyət müzakirə olunub.
Həmçinin vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Rusiyanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin də görüşdə iştirak edib.