Modern.az

Çexiya Ukrayna texnikalarını təmir edəcək

Çexiya Ukrayna texnikalarını təmir edəcək

9 Fevral 2023, 21:13

Çexiya Ukraynaya məxsus zirehli texnikaları təmir edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Çexiyanın "VOP CZ" müdafiə şirkəti Ukraynanın "Ukroboronprom" şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

 

Çexiyada hansı avadanlığın təmir olunacağı və hansı həcmdə olacağı barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Çexiya Rusiyanın işğalından sonra zirehli transportyorlar, T-72 tankları və haubitsalar göndərərək Kiyevin əsas silah təchizatçılarından birinə çevrilib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər