Modern.az

“Nuru Paşam, unutmadıq” - Səfir Azərbaycanın yardımından yazdı

“Nuru Paşam, unutmadıq” - Səfir Azərbaycanın yardımından yazdı

Dünya

10 Fevral 2023, 09:18

Azərbaycandan Türkiyəyə zəlzələ ilə bağlı yardımlar davam edir.

 

Modern.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı bununla bağlı paylaşım edir.

 

"Azərbaycan xalqı yardım göndərərkən (1918-ci ildə Azərbaycana gələrək bolşevik işğalına qarşı müstəqillik yolunu açan) "Nuri Paşanı unutmadıq" mesajı göndərdi", - deyə səfir qeyd edib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 17 674 nəfər həyatını itirib, 72 879 nəfər isə yaralanıb.

 

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal