Modern.az

Minlərlə ailə bu körpəni övladlığa götürmək istəyir

Minlərlə ailə bu körpəni övladlığa götürmək istəyir

Dünya

10 Fevral 2023, 10:43

Suriyada zəlzələdən sonra dağıntılar altında dünyaya gələn Aya adlı körpəni minlərlə ailə övladlığa götürmək istəyir.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ayanın ailəsi Suriyanın Cinderes bölgəsində dağıntılar altında qalaraq həlak olub. Uçqundan sağ çıxarılan körpəyə həkimlər möcüzə mənasını verən Aya adını qoyublar.

 

Xəstəxanaya yerləşdirilən körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. Həmçinin qeyd olunub ki, Ayanı övladlığa götürmək üçün dünyanın dörd bir yerindən minlərlə zənglər gəlir.

 

Xatırladaq ki, Suriyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində 3 mindən çox insan həyatını itirib, minlərlə yaralı var.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər