Modern.az

Finlandiya yaya qədər NATO-ya üzv olmağa ümid edir

Finlandiya yaya qədər NATO-ya üzv olmağa ümid edir

Dünya

11 Fevral 2023, 19:44

Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin və İsveçin 2023-cü ilin iyuluna qədər NATO-ya qəbul ediləcəyinə inandığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, yerli mətbuata müsahibəsində danışıb.

 

Prezident NATO-dan üzvlüklə bağlı ümidverici bəyanatlar eşitdiyini deyib. Niinistö Türkiyənin məsələ ilə bağlı yekun qərarının Prezident Rəcəb Tayyib Ərdoğandan asılı olduğunu vurğulayıb.

 

Qeyd edək ki, iyulda Litvanın paytaxtı Vilnüsdə NATO Zirvə Toplantısı keçiriləcək.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər