Modern.az

Finlandiya Ukraynaya tank göndərməyə tələsmir

Finlandiya Ukraynaya tank göndərməyə tələsmir

Dünya

13 Fevral 2023, 13:20

"Finlandiya hələ ki Ukraynaya "Leopard" tanklarının təhvil verilməsi ilə bağlı qərar qəbul etməyib".

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin deyib.

 

Onun sözlərinə görə, Finlandiya Rusiya ilə həmsərhəd olduğu üçün bu ölkədəki vəziyyət digər ölkələrdən bir az fərqlidir.

 

"Eyni zamanda, onu da vurğulamalıyam ki, Finlandiya Avropa İttifaqı ölkələrinin Ukrayna üçün birgə silah almasını dəstəkləyir", - deyə baş nazir vurğulayıb.

 

Qeyd edək ki, Almaniya və bir sıra digər Aİ ölkələri Ukraynaya "Leopard" tədarükünə start verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər