Modern.az

Yüzlərlə israilli Türkiyəyə köməyə getmək üçün müraciət edib

Yüzlərlə israilli Türkiyəyə köməyə getmək üçün müraciət edib

Dünya

14 Fevral 2023, 12:43

Yüzlərlə israilli Türkiyəyə getmək üçün müraciət edir.

 

Modern.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə Ankarada keçirdikləri mətbuat konfransında deyib.

 

“İsrail Baş Nazirliyi, Müdafiə Nazirliyi, eləcə də Xarici İşlər Nazirliyi rəsmi heyətlər göndərib. Bununla yanaşı, sadə insanlardan, Qeyri-Hökumət Təşkilatlarından Türkiyəyə gəlmək üçün yüzlərlə zənglər alırıq. Onlar insanlara kömək etmək, onları xilas etmək istəyirlər. Həyatlarını itirənlərin yaxınlarına  sığanacaq vermək istəyirlər”.

 

Qeyd edək ki,  İsrailin xarici işlər naziri Eli Kohen bu gün Türkiyəyə səfərə gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər