Modern.az

Zəlzələnin 201-ci saatı: 21 yaşlı qadın xilas edildi

Zəlzələnin 201-ci saatı: 21 yaşlı qadın xilas edildi

14 Fevral 2023, 14:28

Türkiyədə baş verən zəlzələ nəticəsində dağılan binaların qalıqları altında axtarışlar davam edir.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hatayda dağıntılar altında qalan qadın zəlzələnin 201-ci saatında xilas edilib.

 

Mine Akgül adlı 21 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı