Modern.az

Aldo Moro: Poma Papası onun yerinə özünü girov götürməyi təklif etmişdi - Məşhur qəsd

Aldo Moro: Poma Papası onun yerinə özünü girov götürməyi təklif etmişdi - Məşhur qəsd

Dünya

1 İyun 2013, 12:23

Modern.az “Dövlət və hökumət başçılarına məşhur qəsdlər” rubrikasından növbəti yazı İtaliya Xristian-Demokrat partiyasının sədri və İtaliyanın keçmiş baş naziri Aldo Moro haqdadır.

A. Moro 1978-ci il martın 16-da səhər çağı Romanın mərkəzində oğurlandı. Kilsəni ziyarət etdikdən sonra xidməti maşınında evə qayıdan baş nazirin oğurlanması əməliyyatı cəmi 3 dəqiqə ərzində baş vermişdi. Əvvəlcə, onun olduğu maşın diplomatik nömrəyə malik maşın tərəfindən yolun küncünə sıxışdırılır. Ardınca isə yaxınlıqdakı iki maşından çıxan silahlı 5 kişi və bir qadın siyasətçinin olduğu maşını atəşə tutur. Sürücünü və 3 mühafizəçini öldürən cinayətkarlar Aldo Moronu zorla öz maşınlarına oturdaraq ərazini tərk edirlər. Bir neçə saat ərzində xəbər bütün İtaliyaya yayıldı. Bütün polis və xüsusi xidmət orqanları dərhal Aldo Moronun axtarışına başladılar. Günün sonuna yaxın məşhur italyan qəzetlərindən birinə zəng vuran naməlum şəxs bu aksiyanın arxasında “Qırmızı Briqada” təşkilatının öz üzərinə götürdüyünü bildirildi. “Qırmızı Briqada” terror aksiyaları və sui-qəsdlər törədən radikal solçu terror təşkilatı idi. İtaliyada 70-ci illərin ortalarında yaranan bu təşkilat zorakı yolla kommunist cəmiyyəti yaradacağını və imperialist siyasət yürüdən ölkələrə və şəxslərə qarşı total müharibə elan etmişdi. Cinayətkarların axtarışına Fransa və İngiltərənin də xüsusi xidmət orqanları qoşulmuşdu. Həftələrlə davam edən axtarışlar heç bir nəticə vermirdi. Bu vaxt İtaliya şəhərlərində “Qırmızı Briqada” Aldo Moronun azad edilməsi üçün qoyulan şərtlərin də daxil olduğu inqilabi vərəqələr yayırdı. Onların əsas tələbi İtaliya və Almaniya həbsxanalarında saxlanılan silahdaşlarını azad edilməsi idi. Vərəqələrdə “Kommunizm uğrunda sinfi mübarizəyə” başladıqları, strategiyalarının  “İmperialist burjuaziyasının siyasi-iqtisadi-hərbi simalarına hücum etməklə onun strukturunu və layihələrini məhv etmək” olduğunu bildirirdi. Şüarlardan biri “Bütün dünya kommunistlərindən inqilabi hərəkatı birləşdirmək, döyüşkən Kommunist partiyası yaratmaq” çağırışı idi. Vaxt keçdikcə vərəqələrdəki çağırışlar daha radikal və güzəştsiz olurdu. İtaliyanın baş naziri Culio Andreotti hökumət adından terrorçularla heç bir danışığın aparılmayacağını bildirdi. Roma papası VI İohann isə Aldo Moronun yerinə özünü girov olaraq təklif etdi. Lakin “Qırmızı Briqada” təklifi rədd etdi.
BMT-nin sədri Kurt Valdhaym da terrorçulara Moronu azad etmələri barədə müraciət ünvanladı. Martın 29-da Moronun öz adından yolladığı məktub həyat yoldaşına və İtaliyanın daxili işlər naziri Françeska Kossiqaya göndərilir. Məktubda Moro cinayət qurbanı olmaq istəmədiyi və ailə üzvlərinə çox lazım olduğu bildirir. Azad olunması üçün özünü həbsxanada saxlanılan inqilabçı-terrorçularla dəyişdirilməsini xahiş edir. İtaliya hökuməti təklifi rədd edir. Məktubun təzyiq və işgəncələr altında yazıldığı iddia edir. Artıq polis cinayətkarların izinə düşür. Aprelin 18-də Roma yaxınlığında “Qırmızı Briqada”ya məxsus məxfi mənzildə axtarış aparan polislər çoxlu sayda döyüş sursatı, avtomatik silahlar, saxta sənədlər, maşın nömrələri aşkarlayır. Sonuncu dəfə mayın 3-də yayılan vərəqələrdə Aldo Moronun “xalq məhkəməsinin” çıxardığı qərarla ölümə məhkum edilməsi xəbəri yayılır. Lakin bütün İtaliya hüquq-mühafizə orqanlarının daha cəld tərpənərək, Aldo Moronu azad edəcəyinə ümid edir. Lakin “Qırmızı Briqada” qanlı final hazırlamışdı. Aldo Moronun girov saxlandığı və“xalq həbsxanası” adlandırdıqları mənzilin polislər tərəfindən aşkarlanacağından təşvişə düşən terrorçular keçmiş hökumət başçısını öldürmək qərarına gəlir.
Mayın 9-da Romanın polis şöbələrindən birinə zəng daxil olur. Özünü “Qırmızı Briqada”nın nümayəndəsi kimi təqdim edən şəxs Aldo Moronun sədri olduğu Xristian-Demokrat Partiyasının qərargahı önündə partlayıcı maddələrlə dolu maşın qoyduqlarını bildirir. Dərhal əraziyə cəlb edilən istehkamçılar partlayıcı əvəzinə Aldo Moronun cəsədini aşkarlayırlar. Maşının yük hissəsinə qoyulan cəsədin üzərində 16 güllə yarası aşkarlanır. Lakin cinayət cəzasız qalmır. Mayın 18-də polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində “Qırmızı Briqada” üzvü olan 4 kişi və 1 qadın həbs edilir. İnqilabçı vərəqələrin çap edildiyi nəşriyyat və nəşriyyat avadanlıqları müsadirə edilir. Lakin cinayətin kim tərəfindən törədildiyi naməlum olaraq qaldı. İtaliya mətbuatı keçmiş baş nazir Aldo Moronun oğurlanması və öldürülməsi ilə bağlı yeni-yeni faktlar ortaya çıxardı. Xüsusən cinayətdə nüfuzlu siyasətçilərin və biznesmenlərin əli olması barədə məlumatlar yayıldı.
Solçu partiyalar isə gah sovet DTK-sını, gah da Amerika MKİ-nı təşkilatçı kimi ittiham edirdilər. 20 ildə bu müəmmalı qətlin müzakirəsi İtaliyanın siyasi həyatında əhəmiyyətli yer tutur. Parlament komissiyasının çoxcildlik araşdırması, çap edilən yeni kitablar, arxiv sənədlərinin dövri olaraq nəşri Aldo Moronu qaçıran və öldürən cinayətkarların yaxalanmasına kömək etmədi. Bu hadisə müasir dövrdə İtaliyanın siyasi həyatındakı ən müəmmalı hadisə hesab olunur.                                                                                                                                                         

Vüqar İsmayılov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək