Modern.az

Rusiya hər 90 metr ərazi üçün 2000 əsgər İTİRİR

Rusiya hər 90 metr ərazi üçün 2000 əsgər İTİRİR

Dünya

17 Fevral 2023, 14:20

Rusiya Ukrayna ərazisində ələ keçirdiyi hər 90 metr ərazi üçün təxminən 2000 əsgər itirir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times” qəzeti NATO-nun kəşfiyyat məlumatlarına istinadən informasiya yayıb.

 

Nəşr bildirir ki, Rusiyanın itkiləri barədə məlumat Ukraynanın müdafiəsi üzrə təmas qrupunun sonuncu iclasında (“Ramşteyn formatında” görüşlər) açıqlanıb. Qeyd olunan rəqəmə yaralıların sayının daxil olub-olmadığı barədə məlumat verilməyib.

 

Görüş zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Rusiya döyüşə çoxlu sayda əlavə resurs göndərməkdə davam edir, lakin hərbçilərin əksəriyyəti zəif təlim keçib və zəif təchiz olunub, ona görə də Rusiya daha böyük itkilərə məruz qalacaq.

 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər saatlarında yaydığı məlumata görə, Rusiya ordusu müharibə başlayandan indiyədək 141 260 hərbçisini itirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı