Modern.az

Bayden Kiyev səfəri ilə ABŞ tarixində ilkə imza atdı

Bayden Kiyev səfəri ilə ABŞ tarixində ilkə imza atdı

Dünya

20 Fevral 2023, 15:32

Xəbər verdiyimiz kimi, bu gün ABŞ prezidenti Co Bayden Kiyevə gözlənilməz səfər edib. O, ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb. Prezidentlər Mixaylovsk dini məbədinə baş çəkib, döyüşlərdə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad ediblər.

 

Modern.az-ın məlumatına görə, Baydenin Polşaya səfər edəcəyi gözlənilsə də, onun Kiyevə gəlişi hər kəsi təəccübləndirib. Ekspertlərin fikrincə, ABŞ liderinin Ukraynaya səfərinin gizli saxlanılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır. 

 

Onu da bildirək ki, ABŞ prezidentinin Kiyevə tarixi səfəri ortaya bir sıra məqamları çıxarıb. Belə ki, Bayden ABŞ tarixində Amerika əsgərlərinin olmadığı aktiv döyüş meydanına səfər edən ilk ölkə başçısıdır.

 

Həmçinin 15 ildən sonra tarix yenidən təkrarlanıb. Bu, həm də ABŞ-prezidentinin son 15 ildə Kiyevə ilk səfərdir. Bundan əvvəl Corc Buş 2008-ci ildə Kiyevə səfər edib və Viktor Yuşşenko ilə görüşüb.

 

Qeyd edək ki, Bayden Zelenski ilə görüşdə bir sıra vacib məsələləri müzakirə edib. O, sosial şəbəkə hesabında Kiyevdən Rusiyaya mesaj göndərərək bildirib ki, Putin Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünməklə dərindən səhv edib. 

 

ABŞ lideri, həmçinin vurğulayıb ki, Ukraynadakı müharibə əsrin son üç rübündə Avropada ən böyük quru silahlı münaqişəsinə çevrilib. Baydenin sözlərinə görə, ukraynalıların döyüş meydanında bundan sonra da qələbələr qazanacağına şübhə yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir