ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı Vaşinqton və G7-nin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) ərzaq böhranı ilə mübarizədə rolundan danışıb.
Modern.az xəbər verir ki, o, bu ölkələrin ərzaq tədarükünü artırdığını bildirib.
ABŞ lideri qeyd edib ki, Ukrayna taxılının ixracında çətinliklər yarandığından, onlar ərzaq tədarükünün həcmini artırmaq qərarına gəliblər.
Baydenin sözlərinə görə, qlobal ərzaq böhranı xüsusilə Afrika və yoxsul ölkələrdə daha da pisləşib. "ABŞ, G7 və digər tərəfdaşlar böhranı həll etmək və ərzaq tədarükünün həcmini artırmaq qərarına gəliblər", - ABŞ prezidenti bildirib.
O qeyd edib ki, həyat yoldaşı Cil Bayden ərzaq böhranı ilə mübarizə çərçivəsində bu həftə Afrikaya səfər edəcək.
AFP xəbər verir ki, xanım Bayden fevralın 22-dən 26-dək Namibiya və Keniyaya səfər edəcək.
Akif İsmayılov