Modern.az

Paşinyan ABŞ-ın yeni səfiri ilə görüşdü

Paşinyan ABŞ-ın yeni səfiri ilə görüşdü

22 Fevral 2023, 17:50

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın bu ölkədəki yeni fövqəladə və səlahiyyətli səfiri Kristina Kvinlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, görüşdə regionda baş verən hadisələrdən, Laçın dəhlizindəki son situasiyadan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışılıb.

 

Qeyd edək ki, ABŞ-ı Ermənistanda təmsil edən bundan əvvəlki səfir Lin Treysi Moskvaya təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi