Modern.az

İspaniya Ukraynaya cəmi 6 tank verəcək 

İspaniya Ukraynaya cəmi 6 tank verəcək 

Dünya

22 Fevral 2023, 20:25

İspaniya Ukraynaya hazırda təmirdə olan 6 ədəd "Leopard-2A4" tankı göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.

 

"Ehtiyac olarsa və müttəfiqlərimiz tələb etsələr, bu rəqəm artacaq", - deyə nazir əlavə edib.

 

Ekspertlərin sözlərinə görə, İspaniya ordusunda ümumilikdə 108 ədəd "Leopard-2A4" tankı var. Onların təxminən yarısı Şimali Afrikada, daha 53-ü isə Saraqosa yaxınlığındakı hərbi bazada saxlanılır. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!