Modern.az

İsrail zərbələr endirdi, iranlı məmur ÖLDÜ

İsrail zərbələr endirdi, iranlı məmur ÖLDÜ

Dünya

22 Fevral 2023, 20:52

Ötən həftənin bazar günü İsrail ordusu Suriyaya raket zərbələri endirib. Zərbələr İranın Suriyadakı pilotsuz uçuş aparatları və raket istehsalı edilən obyektinə dəyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Mənbə bildirib ki, zərbələr suriyalı və iranlı texniki ekspertlərin bir araya gəldiyi obyektə endirilib. Zərbə nəticəsində suriyalı mühəndis və bir iranlı məmur ölüb.

 

Suriya dövlət mediasının məlumatına görə, zərbələr zamanı ümumilikdə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var