Modern.az

Almaniyadan Türkiyəyə yardımla bağlı xoşagəlməz çağırış

Almaniyadan Türkiyəyə yardımla bağlı xoşagəlməz çağırış

Dünya

24 Fevral 2023, 17:24

Almaniyanın Ulm Universitetinin Türkiyəyə yardım çağırışı insanları qıcıqlandırıb.

 

Modern.az "Sabah" agentliyinə istinadən xəbər verir ki, buna səbəb xəstəxananın zəlzələdən zərərçəkmişlərə vaxtı keçmiş və tullantı qutularına atılacaq məhsulların göndərilə biləcəyini elan etməsi olub.  

 

Sosial şəbəkələrdə yayılan elan etirazlara səbəb olub. Xəstəxana açıqlama yayaraq, elanın yanlış anlaşıldığını bildirib.

 

"Universitet xəstəxanası belə bir rəsmi yazı dərc etməyib. Bu mətn daxili yazışmalardakı elektron poçt adresindən götürülüb. Səhv başa düşüldüyümüz üçün qəmginik", - açıqlamada deyilir.

 

Məlumatda xəstəxananın yardım üçün gördüyü işlərdən də bəhs edilib: "Xəstəxana məntəqələrində sarğılar, mədə boruları və ya kateterlər kimi istifadə müddəti bitmiş, lakin tam işlək vəziyyətdə olan yüksək keyfiyyətli və orijinal qablaşdırılmış materiallar toplanır. Tərkibində heç bir dərman olmadığı açıq şəkildə ifadə edilən bu materiallar böhranlı bölgələrə dəstək üçün müəyyən təşəbbüslərlə ötürülür. İstifadə müddəti bitmiş materiallar və xəstəyə qulluq üçün lazım olan materiallar xəstəxana tərəfindən üçüncü şəxslərə verilə bilməz".

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu