Modern.az

Ceyhun Bayramov Çavuşoğlu ilə danışıb - YENİLƏNİB

Ceyhun Bayramov Çavuşoğlu ilə danışıb - YENİLƏNİB

Dünya

24 Fevral 2023, 22:43

24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, habelə yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib. 

 

Nazirlər həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

 

***

19:13

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

 

Qeyd olunub ki, danışıqlar zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR