Modern.az

1 milyarddan çox insan vəbaya yoluxa bilər - TƏHLÜKƏ

1 milyarddan çox insan vəbaya yoluxa bilər - TƏHLÜKƏ

Dünya

24 Fevral 2023, 19:40

43 ölkədə bir milyarddan çox insan vəbaya yoluxma riski altındadır.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xolera və Epidemik Diareya Xəstəlikləri Qrupunun rəhbəri Filip Barbosa bildirib.

 

O qeyd edib ki, bu həftə üç ölkədə yeni vəbaya yoluxma halları qeydə alınıb.

 

“Hazırda ÜST-nin beş regionunda yerləşən 22 dövlət vəba epidemiyası ilə mübarizə aparır”, - deyə Filipp Barbosa bildirib.

 

O xatırladıb ki, ölüm göstəriciləri son 10 ildə ən yüksək olub və vəba epidemiyalarının sayında artım tendensiyası davam edir. 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza