Modern.az

Ərdoğan Putinlə danışıqlar APARDI 

Ərdoğan Putinlə danışıqlar APARDI 

Dünya

24 Fevral 2023, 20:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə tərəfi yayıb.

 

Telefon danışığı Ukraynada müharibənin başlanmasının birinci ildönümü ilə əlaqəli olub.

 

Ərdoğan Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

 

Türkiyə lideri İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını istədiklərini və bu prosesə hər cür töhfə verməyə hazır olduqlarını qeyd edib.

 

Bundan əvvəl Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu