Modern.az

İsveç Ukraynaya 10 "Leopard" tankı verəcək 

İsveç Ukraynaya 10

Dünya

24 Fevral 2023, 20:44

İsveç Ukraynaya 10 ədəd "Leopard 2A5" döyüş tankları verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsveç baş naziri Ulf Kristersson məlumat verib.

 

O, həmçinin ölkəsinin Ukraynaya IRIS-T raket əleyhinə sistemlər və "Hawk" hava hücumundan müdafiə sistemlərini tədarük edəcəyini bildirib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Polşa Ukraynaya 4 ədəd "Leopard" tankı təhvil verib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu