Yaponiyanın şimalındakı Hokkaydo adasının şərq hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Yeraltı təkanlar Nemuro yarımadasında 61 kilometr dərinlikdə qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Akif İsmayılov