Modern.az

Finlandiya Rusiya ilə sərhədlərinə hasar çəkir

Finlandiya Rusiya ilə sərhədlərinə hasar çəkir

28 Fevral 2023, 17:26

Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisinə başlayır.

 

Modern.az "Yle" portalına istinadən xəbər verir ki, İmatra sərhəd-keçid məntəqəsinin hər iki tərəfində işlərə başlanılıb. Burada hasarın 3 kilometrlik hissəsi tikiləcək.

 

"Hasar genişmiqyaslı hücum ehtimalının qarşısını almayacaq və finlər bunu başa düşür, amma bu cür tədbirlər Rusiyanın gələcəkdə dağılmasına və qaçqın axınına hazırlıq xarakteri daşıyır", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Ukrayna ilə müharibə başladıqdan sonra ilkin dövrlərdə Rusiyadan Finlandiyaya quru sərhədləri vasitəsilə miqrant axını yaşanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!