Modern.az

Rusiyanın itkiləri açıqlandı: 152 min hərbçi...

Rusiyanın itkiləri açıqlandı: 152 min hərbçi...

Dünya

4 Mart 2023, 11:13

Rusiya ordusunun Ukrayna müharibəsində verdiyi itkilərin yeni statistikası açıqlanıb.


Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

 

Bildirilib ki, müharibə başlayandan bəri Rusiyanın 152 190 hərbçisi məhv edilib, 3409 tank, 6683 zirehli döyüş maşını, 2414 artilleriya sistemi, 247 hava hücumundan müdafiə vasitəsi, 302 təyyarə, 289 helikopter, 2066 PUA , 873 qanadlı raket, 18 gəmi və qayıq, 5289 avtomobil avadanlığı və yük maşınları sıradan çıxarılıb.

 

Xatırladaq ki, Rusiya ötən ilin fevral ayının 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. 

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu