Modern.az

Briqada generalı Baxmutda hərbçilərlə görüşdü

Briqada generalı Baxmutda hərbçilərlə görüşdü

Dünya

4 Mart 2023, 13:15

Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin komandiri Viktor Xorenko Baxmuta gələrək, bölmələrin döyüş fəaliyyətini yoxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

 

"Baxmutun müdafiəsində iştirak edən Ukrayna ordusunun bütün bölmələri verilən tapşırıqları aydın şəkildə yerinə yetirir. Əsgərlərimiz son dərəcə çətin şəraitdə fasiləsiz işləyir və düşmən qüvvələrinin hücumunun qarşısını almaq üçün çalışırlar", - deyə Xorenko bildirib.

 

Məlumata görə, briqada generalı Baxmutu müdafiə edən, Donetsk və Luqansk istiqamətlərində döyüş əməliyyatlarına cəlb olunan hərbçilərlə maraqlanıb, müvafiq tapşırıqlar verib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu