Modern.az

Akşener Ərdoğan və Baxçalıya da YOX dedi

Akşener Ərdoğan və Baxçalıya da YOX dedi

Dünya

5 Mart 2023, 21:18

Türkiyənin müxalifət koalisiyasından ayrıldığını açıqlayan Meral Akşenerin rəhbərlik etdiyi İYİ partiya hakim siyasi qüvvələrə qoşulmayacağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə partiya sədrinin müşavirləri Turhan Çömez, Birol Aydemir, Ahmet Eşref Fakıbaba, Buğra Kavuncu və Aytun Çıray birgə məlumat yayıb.

 

Bildirilib ki, partiya AKP və MHP-nin yaratdığı Cumhur İttifaqına qoşulmayacaq. Bundan əvvəl İttifaqda təmsil olunan partiyaların bir sıra rəsmiləri Akşeneri hakim siyasi qüvvələrə qoşulmağa çağırıb.

 

Xatırladaq ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu