Modern.az

Rusiyanın hücumu nəticəsində 495 uşaq ölüb

Rusiyanın hücumu nəticəsində 495 uşaq ölüb

Dünya

6 Mart 2023, 11:56

Rusiyanın Ukraynaya hücumu nəticəsində 495 uşaq həyatını itirib.


Modern.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.


Məlumata görə, 931-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Həyatını itirən və xəsarət alan uşaqların çoxu Donetsk vilayətində qeydə alınıb. Belə ki, Donetsk vilayətində 446, Xarkov vilayətində 273, Kiyev vilayətində 123, Xerson vilayətində 94, Zaporojye vilayətində 84, Nikolayev vilayətində 83, Çerniqov vilayətində 68, Luqansk vilayətində 66, Dnepropetrovsk vilayətində isə 64 uşaq xəsarət alıb və həyatını itirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu