Almaniyanın Sol Partiyasının nümayəndəsi Yan van Aken Donbas ərazisinə BMT sülhməramlılarının gətirilməsini təklif edib.
Modern.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
"Düşünürəm ki, ən yaxşı model BMT mandatı və son nəticədə referendum olardı”, - Almaniyanın Sol Partiyasının nümayəndəsi bildirib.
O, həmçinin Ukrayna münaqişəsinin həlli üzrə sülh danışıqlarının Çinsiz mümkün olmadığını deyib.