Avropa İttifaqı qadınlara qarşı cinsi cinayətlər törədən dörd rusiyalı polis və ordu zabitini "qara siyahı"ya salıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında məlumat dərc olunub.
Qeyd edək ki, sanksiya tətbiq edilən şəxslərin adları açıqlanmayıb. Onların qadınlara qarşı cinsi cinayətlər törətməsi müəyyən edilib. Ümumilikdə Əfqanıstan, İran, Myanma, Suriya və Cənubi Sudandan olan bir neçə nəfər və təşkilatlara qarşı sanksiya tətbiq edilib.