Modern.az

Putinin sevgilisi: “İndi başlayacaqlar məni günahlandırmağa”

Putinin sevgilisi: “İndi başlayacaqlar məni günahlandırmağa”

Dünya

8 İyun 2013, 15:21

Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina rəsmən boşandıqları elan olunandan sonra gözlər Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva yönəlib.

Qeyd edək ki, Rusiya prezidenti Putinlə Dövlət Dumasının deputatı, bədii gimnasitika üzrə dünya çempionu Alina Kabayeva barəsində dəfələrlə söz-söhbət yayılıb, onların sevgili olduqları qeyd edilib. Hətta tatar əsilli gimnast Alina Kabayevanın Putindən bir qız övladı dünyaya gətirdiyi bildirilir.

Modern az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iddialara görə, Vladimir Putin Alina Kabayevanı qızı ilə birlikdə “Soçi iqamətgahı”nda yerləşdirib.

Vladimir Putinlə Lyudmila Putinanın boşandıqları elan olunan gündə, yəni 7 iyun tarixində Alina Kabayeva öz rəsmi “Tvvitter” səhifəsində "indi başlayacaqlar məni günahlandırmağa" deyə yazıb.

Günəş FƏRHADLI  
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək