Modern.az

Macarıstan Rusiya ilə münasibətlərə yenidən baxacaq 

Macarıstan Rusiya ilə münasibətlərə yenidən baxacaq 

Dünya

9 Mart 2023, 20:31

Macarıstan dəyişən geosiyasi vəziyyətlə əlaqədar Rusiya ilə münasibətlərə yenidən baxmalı olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

 

Onun sözlərinə görə, Rusiya ilə münasibətləri saxlamaq Macarıstanın maraqlarına uyğundur, lakin Moskvanın Avropa ilə münasibətləri müharibə nəticəsində o qədər zədələnib ki, bərpa olunmaya bilər.

 

Qeyd edək ki, Avropa İttifaqı və NATO ölkələri Orban hökumətini Rusiya ilə münasibətlərə görə daim tənqid edirlər.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?