Modern.az

Türkiyə Fəhlə Partiyasından Kılıçdaroğlu ilə bağlı ÇAĞIRIŞ

Türkiyə Fəhlə Partiyasından Kılıçdaroğlu ilə bağlı ÇAĞIRIŞ

Dünya

13 Mart 2023, 13:20

Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Baş "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğlunu dəstəkləmək barədə çağırış edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş bunun vacib olduğunu söyləyib.

 

"Əgər biz Kılıçdaroğlunu birinci turda dəstəkləsək, seçkilərdə qələbə çalacaq. İkinci turda səs verə biləcəyimiz namizədə elə ilk turda səs verək, bu işi bitirək. Fərqli yox, ortaq tərəflərimizi önə çıxaraq. Bunun ətrafında ilk turda tək namizədlə 60-70 faizlik səslə prezident seçə və iqtidarı məğlub edə bilərik", - deyə TİP sədri bildirib.

 

Qeyd edək ki, Türkiyədə seçkilər 14 mayda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu