Modern.az

İranda 22 minə yaxın etirazçı əfv edildi

İranda 22 minə yaxın etirazçı əfv edildi

Dünya

13 Mart 2023, 16:40

İran hakimiyyəti kütləvi etirazlarda iştirak edən 22 minə yaxın şəxsi əfv edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin sədri Qulam Hüseyn Mohseni-Ejei məlumat verib.

 

Qərar İranda İslam İnqilabının 44-cü ildönümünə təsadüf edir. Əfv barədə ilk dəfə fevralda İranın ali dini lideri Ayətullah Əli Xamenei məlumat verib.

 

Qeyd edək ki, İranda kütləvi etirazlar 2022-ci ilin payızında başlayıb. Etirazlara səbəb əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin polis şöbəsində dünyasını dəyişməsi olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi