Ötən gün İranda prezidentliyə namizədliyini irəli sürmüş 2 nəfər öz namizədliyini geri götürdüyünü bəyan edib. Qulam Əli Hədda Adil və Məhəmmədrza Arif seçki marafonundan çəkildiklərini elan ediblər.
Modern.az Tehran radiosuna istinadən xəbər verir ki, Qulam Əli Hədda Adil mühafizəkarların namizədinin qalib gəlməsi üçün bu addımı atdığını bildirib. İslahatçı namizəd hesab olunan Məhəmmədrza Arif bu qərarını İranın keçmiş prezidenti Məhəmməd Xatəminin məsləhəti ilə verib. Arif İran xalqına ünvanladığı məktubda seçkilər prosesinə qatılmasının məsləhət olmadığını bildirərək, öz tərəfdarlarını seçkilərdə fəal iştirak etməyə çağırıb.