Modern.az

Ukraynaya 4 ədəd MiQ-29 veriləcək - Prezident açıqladı (YENİLƏNİB)

Ukraynaya 4 ədəd MiQ-29 veriləcək - Prezident açıqladı (YENİLƏNİB)

Dünya

16 Mart 2023, 17:50

Polşa yaxın günlərdə Ukraynaya 4 ədəd SSRİ istehsalı olan MiQ-29 qırıcısı təhvil verəcək.

 

Modern.az Polşa mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Anjey Duda məlumat verib.

 

O bildirib ki, rəsmi Varşavanın qərarı ilə Polşa Avropada bu addımı atan ilk ölkəyə çevriləcək. 

 

***

14.03.2023 / 16:48

 

Polşa yaxın 4-6 həftə ərzində Ukraynaya MiQ-29 qırıcılarını təhvil verə bilər.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moraveyski mətbuat konfransında danışıb.

 

Bundan əvvəl Slovakiya hakimiyyəti də SSRİ istehsalı olan MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsi üçün mümkün olan hər şeyi edəcəklərinə söz vermişdi.

 

Qeyd edək ki, Ukrayna Qərb ölkələrindən, xüsusən ABŞ-dan da qırıcıların tədarükü ilə bağlı məsələ qaldırmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu