Modern.az

“Xarici agentlər” haqqında qalmaqallı qanun bu dəfə Avropada

“Xarici agentlər” haqqında qalmaqallı qanun bu dəfə Avropada

Dünya

14 Mart 2023, 17:20

Avropa İttifaqı (Aİ) qeyri-hökumət təşkilatlarını (QHT), konsaltinq və akademik institutları maliyyə mənbələrini açıqlamağa məcbur edəcək qanun layihəsi üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilir ki, yeni qanuna əsasən, QHT-lər təşkilatın hüdudlarından kənardan alınan maliyyələri açıqlamalı olacaq.

 

Nəşrin məlumatına görə, xarici agentlər haqqında Avropa qanunu ABŞ və Avstraliyadakı analoji qanunlara oxşar olacaq. Sənəd kommersiya və qeyri-kommersiya təşkilatlarına təsir edəcək, fiziki şəxslərə aid edilməyəcək.

 

Qeyd olunur ki, sənəd üzərində iş mayın sonuna qədər başa çatacaq. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə