
Ötən gecə Gürcüstanın Kutaisi şəhərində tikilən yeni parlament binasının bir hissəsi üçüb.
Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, hadisədə xəsarət alan olmayıb.
Məlumata əsasən, Kutaisi şəhərində inşa edilən Gürcüstan parlamentinin yeni binasına 340 milyon lari, yəni 205 milyon dollar xərclənsə də, geoloji qiymətləndirilmə və bünövrənin ekspertizası keçirilməyibmiş.
Uzun illər ərzində Gürcüstan parlamenti öz iclaslarını paytaxt Tiflisdə keçirirdi. Lakin 2011-ci ildə Konstitusiyada edilən dəyişiriklikərlə əlaqədar, 2012-ci ildə qəbul olunmuş qərarla ölkənin ali qanunverici orqanı Kutaisi şəhərində inşa olunan yeni binaya köçüb.
Günəş FƏRHADLI