Modern.az

Ukrayna əks-hücum əməliyyatını dayandırır? - İddialara cavab

Ukrayna əks-hücum əməliyyatını dayandırır? - İddialara cavab

Dünya

15 Mart 2023, 11:24

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası cəbhədəki itkilər səbəbindən Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının dayandırılacağı ilə bağlı məlumatları təkzib edib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, qurumun katibi Aleksey Danilov telemarafonun efirində əks-hücumun dayandırılması ilə bağlı mediada yer alan heç bir məlumatın həqiqətə uyğun olmadığını və nəşrlərin konkret faktlara deyil, hansısa mənbələrə istinad etdiyini bildirib.

 

"Fevralın 24-dən əvvəl biz bu qəzetləri çox diqqətlə oxuyurduq, o zaman ki, hamısı yekdilliklə bizə fəlakət olacağını söyləyirdi... Bu gün həmin prosesin yeni mərhələsi başlayıb və mən çox istərdim ki, mətbuatımız buna dəstək verməsin. Bəli, çətin vəziyyət var. Artıq 1 ildir ki, böyük, lakin kifayət qədər ağıllı olmayan bir ölkəyə qarşı müharibə aparırıq. Bunun çətin olacağını bilirdik. Amma reallığa uyğun gəlməyən məlumatlarla vəziyyəti gərginləşdirmək heç də yaxşı bir şey deyil", - deyə Danilov söyləyib.

 

Xatırladaq ki, martın 13-də “The Washington Post” qəzeti Ukrayna ordusunun cəbhədəki itkilər nəticəsində zəifləməsindən bəhs edən məqalə dərc etmişdi və yazıda Kiyevin yaz əks-hücumuna hazırlığı şübhə altına alınmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu