Modern.az

Deputatlıq üçün istefa verən vali namizəd göstərilmədi - YENİLƏNİB

Deputatlıq üçün istefa verən vali namizəd göstərilmədi - YENİLƏNİB

Dünya

10 Aprel 2023, 14:50

Mart ayında deputatlığa namizəd olacağı ilə əlaqədər istefa vermiş Türkiyənin Hatay vilayətinin valisi Rahmi Doğan parlament seçkilərində iştirak etməyəcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) proporsional siyahısından deputatlığa namizəd göstərilməyib.

 

Partiyanın deputatlığa namizədlərinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

 

***

15.03.2023 / 12:50

 

Türkiyənin zəlzələ bölgəsində yerləşən Hatay vilayətinin valisi Rahmi Doğan istefa verib.

 

Modern.az xəbər verir ki, vali bu barədə tviter səhifəsində məlumat verib.

 

O, 5 ildir tutduğu vəzifədən istefasının səbəbini qarşıdakı seçkilərdə deputatlığa namizəd olacağı ilə əlaqələndirib.

 

R.Doğan bildirib ki, Sivasdan namizəd olmaq niyyətindədir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI