Zəngəzur bölgəsində Ermənistan ordusunun zabitləri qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "Shamsyan" saytı məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində yaralanan 4 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri ilə “Ağitu” hərbi hospitalına yerləşdirilib.
Erməni zabitlərin qəzaya düşməsi ilə əlaqədar cinayət işi açılıb.