Modern.az

Almaniya Ukraynaya yeni silahlar verdi 

Almaniya Ukraynaya yeni silahlar verdi 

Dünya

16 Mart 2023, 18:51

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

 

Bildirilir ki, yeni hərbi yardım paketinə artilleriya və raket sistemi üçün sursatlar daxildir.

 

Silah və sursatların bir hissəsi Almaniya ordusunun arsenalından verilib, digər hissəsi yerli şirkətlərdən alınıb.

 

Sursatlarla yanaşı kiçik atıcı silahlar, generatorlar və digər vasitələr də Ukrayna ordusuna təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu