Modern.az

Zelenski və Sunak Ukraynaya yardımı müzakirə etdilər

Zelenski və Sunak Ukraynaya yardımı müzakirə etdilər

Dünya

16 Mart 2023, 21:06

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesablarında məlumat yayıb.

 

Telefon danışığı zamanı cəbhədəki vəziyyət və Baxmutun müdafiəsi müzakirə olunub. Baxmut şəhəri uğrunda döyüşlər 7 aydan çoxdur davam edir. Ukrayna rəhbərliyi şəhərin müdafiəsinin davam etdirilməsi barədə qərar qəbul edib.

 

Zelenski və Sunak Ukraynaya hərbi və iqtisadi dəstəyin gücləndirilməsi barədə də fikir mübadiləsi aparıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu